Gürcüstanda, Kür çayının Tiflis məntəqəsində suyun səviyyəsi çoxalıb. Bu haqda iyunun 27-də Report Milli Hidrometeorologiya Xidmətinə istinadən məlumat yayıb.
Həmçinin Qazax, Ağstafa, Tovuz rayonlarının Kürətrafı ərazilərində sululuğun yüksələcəyi gözlənilir. Buna səbəb isə iyunun 26-27-də yağan yağışlar olub.
Hazırda Kür-Qıraqkəsəmən məntəqəsində sululuq ötən illə müqayisədə 5-6 dəfə artıb.
Bununla yanaşı, leysan xarakterli yağışlar nəticəsində Kiçik Qafqazdan axan bəzi çaylarda da sululuq çoxalıb və qısamüddətli sel keçib.
Qeyd edək ki, qeyri-sabit hava şəraitinin iyunun sonunadək davam edəcəyi gözlənilir.