Azərbaycanda icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilir. Bu barədə 28 dekabrda Report məlumat verib.
Bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilib.
Belə ki, müddət 31 dekabr 2021-ci ildən 31 dekabr 2022-ci ilə qədər uzadılır.