Dekabrın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniqi ilə görüşü baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi məlumat verib.
Məlumata əsasən, görüşdə Vətən müharibəsindən sonrakı dövrdə bölgədə sülh və təhlükəsizliyin təmin olunması barədə mövzular müzakirə olunub. Həmçinin enerji sahəsində ölkələrarası münasibətlərin strateji əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Ceyhun Bayramov isə iki ölkə arasında əməkdaşlıq münasibətlərinin yeni hökumət ilə də davam etdiriləcəyinə ümid ifadə edib. Nazir, həmçinin Qarabağın yaşıl enerji zonası elan edildiyini vurğulayıb.
Bununla yanaşı, C. Bayramov Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması istiqamətində atılan addımları və qarşı tərəfin təxribatları barədə məlumat verib.