Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun “AntalyaForumu2022” diplomatik forumunda iştirakı nəzərdə tutulub. Bu barədə dekabrın 29-da nazirin Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı ilə görüşündə bildirilib.
Məlumata əsasən, forum martın 11-13-də Antalyada baş tutacaq.
Həmçinin görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər və çoxtərəfli platformalarda əməkdaşlıq müzakirə edilib.