Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb. Bu barədə 27 iyun tarixində Report məlumat verib.
Görüşdə iki ölkənin müxtəlif qurumları, eləcə də parlamentlər arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.
Bildirilib ki, parlamentlər ölkələr arasında münasibətlərin daha da genişlənməsi və möhkəmlənməsində mühüm rol oynayır.
Qeyd edilib ki, regional sülh və sabitliyin əldə olunmasında da parlament diplomatiyası xüsusi rola malikdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.