Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.
Bununla bağlı xarici işlər naziri öz Twitter hesabında paylaşım edib.
Qardaş #Türkiyenin #Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun #Türkiye! @MFATurkiye
— Jeyhun Bayramov (@bayramov_jeyhun) October 15, 2022
Qeyd edək ki, Türkiyənin Bartın vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.