Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın günlərdə İrana səfər edəcək. Bu barədə 2 iyul tarixinə Report “Farsnews” agentliyinə istinadən məlumat verib.
Məlumata əsasən, səfər İranın xarici işlər naziri Hüseyn Əmirabdullahianın dəvəti ilə reallaşacaq.
Bildirilib ki, Ceyhun Bayramov səfər çərçivəsində İran Prezidenti İbrahim Rəisi, parlamentin sədri Məhəmməd Bağır Qalibaf və həmkarı Hüseyn Əmirabdullahianla görüşəcək.