Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının ərazisində suyun üzərində bir nəfər qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Bu barədə İnsanoid FHN-ə istinadən bu gün, 27 iyun tarixində xəbər verir.
Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.