Bu gün, mayın 19-da Champions Chess Tour turnirinin 4-cü mərhələsinə (Chessable Masters) start verilir. Turnirdə azərbaycanlı qrosmeyster Şəhriyar Məmmədyarov çıxış edəcək.
Turnirin ilk günündə keçiriləcək 4 turda şahmatçımız Erik Hansenlə, Maqnus Karlsenlə, Yorden van Forestlə və Abhimanyu Mişra ilə qarşılaşacaq. Yarışda 16 qrosmeyster çıxış edəcək.
Qeyd edək ki, turnir mayın 26-dək davam edəcək. Yarışın mükafat fondu 150 min dollar təşkil edir.