Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya yola düşən (J2-1092 reysi) təyyarəsinin uçuş vaxtı texniki səbəblərə görə gecikir. Bu haqda “Azərbaycan Hava Yolları” aviaşirkəti mayın 26-da məlumat paylaşıb.
Sözügedən reysin sərnişinləri Bakıya digər təyyarə ilə yola düşəcəklər.
Həmin sərnişinlər içkilər və qidalanma daxil olmaqla bütün lazımi vasitələrlə təmin ediləcəklər.