Çinin aviasiya blogeri Sem Çui Sovet dövründən qalma və Silkway Hava Yollarına məxsus nadir İL-76TD-90 təyyarəsini idarə etmək üçün Bakıya gəlib. Bu haqda o, mayın 19-da şəxsi İnstagram səhifəsində paylaşım edib.
“Mən təyyarələri sevirəm. Dünən Bakıdan Ərbilə və geriyə uçdum. Bu sovet nəhəngini idarə etmək üçün 5 nəfərdən ibarət komandaya qoşuldum. Hiss etdiklərimi sözlə ifadə edə bilmərəm” - Sem Çui yazıb.
İnstagramda 700 mindən çox izləyicisi olan Sem Çui 100-dən çox ölkəyə səyahət edib, 2000-dən çox uçuş həyata keçirib və hər il 300 000 mildən çox məsafə qət edir.