Bakıda və Abşeron yarımadasında iyunun 16-da havanın yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 27-29° isti olacaq.
Hava əksər rayonlarda yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 17-22° isti olacaq.