İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 20-23°, gündüz 28-31° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 28-30° isti olacaq.
Azərbaycanın şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacaq.