Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava yağmursuz keçəcək.
Şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacaq.
Əksər rayonlarda hava, əsasən, yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-21°, gündüz 32-37°, dağlarda gecə 8-13°, gündüz 20-25° isti olacaq.