Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Bakıda gecə 19-21°, gündüz 26-28° isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 18-23° isti olacaq.