İyunun 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən, yağmursuz keçəcək.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Bakıda gecə 21-23°, gündüz 32-34° isti olacaq.
Rayonlarda, əsasən, yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22°, gündüz 31-36°, dağlarda gecə 8-13°, gündüz 16-21° isti olacaq.