Bakıda və Abşeron yarımadasında oktyabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər havanın bəzi yerlərdə çiskinli olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Gün ərzində şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 19°-dək isti olacaq.
Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə 1-5°, gündüz 6-10° isti olacaq.