Kikboks üzrə dünya çempionu Zaur Yusifov Bakıda qətlə yetirilib. Bu haqda Report martın 15-də xəbər verib.
Hadisə martın 14-ü axşam saatlarında Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində yerləşən marketdə baş verib.
Məlumata görə, 38 yaşlı idmançını 22 yaşlı Samir Şirəliyev odlu silahdan güllələyib. Hadisəni törətməkdə şübhəli bilinən gənc saxlanılıb.
Faktla bağlı “qəsdən adam öldürmə” maddəsilə cinayət işi açılıb.
Daha öncə, 2020-ci il mayın 9-da Zaur Yusifov kriminal aləmdə tanınmış Emin Səfərovun qətlinin sifarişində şübhəli bilinib. Lakin Yusifovun qətldə iştirakı sübuta yetirilmədiyinə görə ona bəraət verilib.
Saxlanılan Samir Şirəliyev öldürülən Emin Səfərovun xalası oğludur.