Azərbaycana daha 14 ölkə vətəndaşlarının giriş-çıxışına icazə verilib. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Belə ki, 20 may tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşları Azərbaycana səyahət edə biləcəklər:
- Bolqarıstan Respublikası;
- Butan Krallığı;
- Cənubi Afrika Respublikası
- Qvatemala Respublikası;
- Laos Xalq Demokratik Respublikası;
- Livan Respublikası;
- Mavriki Respublikası;
- Misir Ərəb Respublikası;
- Myanma İttifaqı Respublikası;
- Nepal Federativ Demokratik Respublikası;
- Paraqvay Respublikası;
- Şimali Makedoniya Respublikası;
- Şri-Lanka Demokratik Sosialist Respublikası;
- Vyetnam Sosialist Respublikası.