Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan növbəti 5 min nəfərdən artıq vətəndaşın sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə müvafiq komissiyaya göndərilib. Bu barədə 26 may tarixində Müdafiə Nazirliyinin Facebook səhifəsində məlumat verilib.
Qərar qəbul edildikdən sonra onların adları “Zəfər” altsisteminə daxil ediləcək. Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 AZN) təyin ediləcək. Həmin təqaüd cari ilin yanvar ayının 1-dən hesablanacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76 min nəfərə "Müharibə veteranı" adı verilib.