Sabirabadda məktəbli qız ərə verilir. Bu haqda iyunun 7-də Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Lent.az-a məlumat verib.
Onun sözlərinə görə, qızın 15 yaşı var: “Toy sabah Qəzli kəndində keçiriləcək. Onu da qeyd edim ki, həmin kənddə bu, ikinci hadisədir”.
Qurumun rəsmisi əlavə edib ki, faktla bağlı polisə məlumat verib və hazırda araşdırmalar aparılır.