Mayın 23-də saat 23:00-dan Bakıda Azadlıq prospekti ilə Neftçilər prospektinin kəsişməsi bağlı olacaq. Bu barədə Report Bakı şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər paylaşıb.
Buna səbəb “Formula 1” üzrə Azərbaycan Qran-prisinə hazırlıq işlərinin aparılmasıdır. Yolun sözügedən hissəsi yarış bitənədək bağlı olacaq.
Daha öncə, mayın 19-u Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsindən Neftçilər prospektinədək yolun bir hissəsi bağlanıb.
Azərbaycan Qran-prisi iyunun 10-12-də baş tutacaq.