Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dələduzluqda günahlandırılan polkovnikinə hökm oxunub. Bahadir Qocayev 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu haqda iyunun 24-də Report məlumat yayıb.
Proses Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.
Keçmiş vəzifəli şəxs 70 min manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilir. Bundan başqa, onun nazirlikdə işlədiyi dövrdə vətəndaş Fazil Alıyevin 60 min manata aldığı evini hədə-qorxu ilə əlindən almaqda da adı hallanıb.
Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi bir müddət Lənkəran Dövlət Universitetində prorektor kimi də çalışıb.
Bahadir Qocayev “dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə” maddəsi ilə ittiham edilib.