Dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovaya Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu haqda mayın 10-da APA xəbər paylaşıb.
O, 9 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Talışxanova “külli miqdarda dələduzluq” maddəsilə ittiham olunub.
Şirkət rəhbəri Türkiyə vətəndaşları da daxil olmaqla ümumilikdə 11 nəfərə qarşı iş qurmaq adı altında dələduzluq edib.