“Uzbekistan Airways” aviaşirkəti iyunun 5-dən Daşkənd-Bakı reyslərini həftədə üç dəfə təşkil edəcək. Bu haqda məlumat aviaşirkətin portalında yerləşdirilib.
Hazırda reyslər çərşənbə axşamı və cümə axşamı yerinə yetirilir. İyundan isə cədvələ bazar günü də əlavə olunacaq.
İyunun 5-nə Daşkənd-Bakı istiqamətində aviabiletin qiyməti 502 manatdan başlayır. (Qiymət 27.05.2022 tarixində keçərlidir).