Oktyabrın 20-si saat 16:30-dan saat 17:35-dək Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atəş Ermənistan silahlı qüvvələri tərəfindən - Basarkeçər rayonundan açılıb.
“Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, - deyə məlumatda qeyd edilib.