Azərbaycan xalqı adından Fransa Senatına ünvanlanan petisiya artıq 30 mindən çox səs toplayıb. Petisiya Fransanın Mesopinions.com saytında oktyabrın 11-də yerləşdirilib.
Petisiyanın müəllifləri Azərbaycanın fərqli şəhərlərindən və rayonlarından olan 10 vətəndaşdır. Onlar müzakirəyə çıxarılması 15 noyabr tarixinə təyin edilən Fransa Senatının qətnamə layihəsinə qarşı çıxış ediblər.
Sözügedən qətnamə layihəsinə Azərbaycanın “kütləvi və hərbi cinayətlər üzrə” ittiham edilməsi, Fransa hakimiyyəti və Avropa İttifaqının Azərbaycana qarşı sanksiyalar tətbiq etməyini başlatmağa çağırış və Ermənistanın Fransa tərəfindən müasir silahla təmin olunması tələbi də daxildir.
Səsimizi dünya ictimaiyyətinə eşitdirmək üçün Azərbaycan xalqı adından ünvanlanan bu çağırışa bir çox məşhur şəxslər, həmçinin Türkiyə, İran, İsrailin KİV nümayəndələri işıqlandıraraq dəstək göstəriblər.
Bu təşəbbüsə dəstək olan hər kəsə dərin minnətdarlığımızı bildiririk!
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq
View this post on Instagram