Davos Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı barədə danışılıb. Bu barədə 25 may tarixində iqtisadiyyat naziri Mikayıl Cabbarov öz Twitter səhifəsində məlumat verib.
Məlumata əsasən, yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə müzakirələr aparılıb. Həmçinin regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti barədə danışılıb.
Azərbaycanda #bərpaolunanenerji mənbələrinin yüksək potensialı və #yaşılenerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq.
2/2#EconomyAz #Davos #WEF22
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 25, 2022