Daxili işlər naziri Vilayət Eyvazov iyunun 21-də Şirvanda vətəndaş qəbulu keçirib. Bu haqda məlumat nazirliyin saytında yerləşdirilib.
Qurumun başçısı Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab və Saatlıdan gələn 93 vətəndaşla görüşüb.
Bildirilib ki, müraciətlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.