Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) bir sıra zabitinə polis general-mayoru rütbəsi verilib. Bununla bağlı iyulun 1-də Prezident İlham Əliyev sərəncam imzalayıb.
Həmin zabitlər aşağıdakılardır:
- polis polkovniki Canpolad Alı oğlu Daanov
- polis polkovniki Namiq Zirəddin oğlu Həsənov
- polis polkovniki Vüqar Hidayət oğlu Ələkbərov
- polis polkovniki Sərdar Süleyman oğlu Səfərov
Digər sərəncamla DİN-in bir qrup əməkdaşı “Vətən uğrunda” və “İgidliyə görə” medalları, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Onların siyahısı ilə linkdən tanış olmaq olar.