Sürücüdə 0,3 və daha artıq promil spirt aşkarlansa, həmin şəxs sərxoş hesab olunur. Bu haqda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Modern.az-a bildirib.
Məsələn: axşam saatlarında 1 litr spirtli içki qəbul edən şəxsin, sabah günorta, hətta axşam saatlarında orqanizmində 0,3 promil spirt aşkarlana bilər.
2022-ci ilin yanvar-mart aylarında sərxoş sürücülərin iştirakı ilə 3 qəzada 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.