Milli Məclisin deputatlarının maaşı artırılır. Bu barədə 20 iyun tarixində Report məlumat verib.
Məlumata əsasən, Milli Məclisin sədri 3 550 manat aylıq vəzifə maaşı alacaq. Milli Məclis sədrinin birinci müavini bu məbləğin 90%-ini, Milli Məclis sədrinin müavini - 85%-ini, Milli Məclisin komitə və komissiya sədri - 80%-ini, Milli Məclisin komissiya sədrinin müavini - 75%-ini, Milli Məclisin deputatı isə 70%-ini alacaq.
Bundan əlavə, deputatlar hər ay vəzifə maaşlarının iki misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.
Qeyd edək ki, hazırda Milli Məclisin sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır.