Mayın 15-də dövlət qulluğunda inzibati vəzifələrin A növünə uyğun vəzifələr üzrə test imtahanı keçiriləcək. Bu haqda DİM məlumat yayıb.
İmtahan saat 11:00-da başlayacaq və 3 saat davam edəcək.
İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 ünvanında aparılacaq.
Ümumilikdə 93 nəfər qeydiyyatdan keçib.