Bakının Fəvvarələr meydanında mayın 14-də keçirilən aksiya zamanı heç bir insident qeydə alınmayıb. Bunu DİN-in Mətbuat Xidmətinin şöbə rəisi polis mayoru Elşad Hacıyev deyib.
Qurum rəsmisi bildirib ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr Meydanında aksiya keçirib.
Bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb.