Cari ilin 5 ayı ərzində Azərbaycanda 1,6 ton narkotik və 192 kiloqram psixotrop maddə qeyri-leqal dövriyyədən çıxarılıb. Bu barədə iyunun 30-da Daxili İşlər Nazirliyinin rəsmisi Elşad Hacıyev məlumat yayıb.
Bu dövrdə 97 nəfərdən ibarət 33 cinayətkar dəstə zərərsizləşdirilib. Narkotiklərlə əlaqədar 4 783, o cümlədən satışı ilə bağlı 1 713 cinayət faktı aşkarlanıb. Bu növ cinayətlərə görə 2 990 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Həmçinin 500 kiloqrama yaxın kultivasiya edilən çətənə kolu aşkar edilib.