Sosial şəbəkələrdə polisin dini təhqir etməsi barədə məlumatın yalan olduğu bildirilib.
Bu barədə iyunun 7-də DİN-in Mətbuat Xidmətinin əməkdaşı Zeyni Hüseynov Facebook səhifəsində yazıb.
Bildirilib ki, bu iddialar polisə böhtan atmaq məqsədilə deyilib. “Bu cür kampaniyaların müəllifləri bilməlidirlər ki, onlar belə saxta ittihamlarla Azərbaycan polisinə heç bir təsir və təzyiq göstərə bilməzlər", - deyə qeyd edilib.