Valideynlərdən avtomobilləri sürücülük hüququ olmayan yeniyetmələrə verməmək xahiş edilib. Bunu iyunun 14-də Daxili İşlər Nazirliyi "Son zəng"lə bağlı müraciətində bildirib.
“Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz”, - deyə məlumatda vurğulanıb.
Həmçinin məzunlara kiçik səhvlərə özlərini qurban verməmələri tövsiyə edilib.
Bu gün, iyunun 14-də Azərbaycanda dərs ili başa çatır və ümumi təhsil müəssisələrində “Son zəng” qeyd olunur.