Sumqayıt şəhərində avtobus sürücüsü Aqil Kosayevin polis tərəfindən saxlanılması barədə yayılan məlumatlar əsassızdır. Bu haqda iyunun 30-da Daxili İşlər Nazirliyinin rəsmisi paylaşım edib.
Bildirilib ki, müvafiq ekspertizalar təyin olunub. Faktla bağlı araşdırmalar davam edir.
***
09:29
Sumqayıtda qadın sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücü Aqil Kosayev saxlanılıb. Bu haqda iyunun 29-da Baku TV məlumat yayıb.
Onun haqqında araşdırmalar başlanılıb.
Qeyd edək ki, hadisə iyunun 16-da 12 saylı avtobusda baş verib.“Sumqayıt Nəqliyyat-1” MMC-nin direktorunun sözlərinə görə, sürücü artıq işdən çıxarılıb.