Azərbaycan əhalisinin sayı 2022-ci il fevralın 1-i vəziyyətinə 10 160 648 nəfərə çatıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 14 mart tarixli hesabatında əks olunub.
Məlumata əsasən, əhalinin 53%-ini şəhər, 47%-ini kənd sakinləri, 50%-ini kişilər, 50%-ini isə qadınlar təşkil edir.
Cari ilin yanvar ayında Azərbaycanda 10 197 körpə doğulub. Onlardan 53%-i oğlan, 47%-i isə qız uşaqlarıdır.
2022-ci ilin ilk ayında 5475 nikah və 1248 boşanma halları qeydə alınıb.