Cari ilin ilk 5 ayı ərzində DOST Agentliyinin mərkəzlərində 262 581 şəxsə xidmət göstərilib. Bu barədə 14 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Məlumata əsasən, son 5 ayda 142-Çağrı mərkəzi tərəfindən isə 674 092 zəng cavablandırılıb. Ötən ay Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi istifadəyə verilib.
Qeyd edək ki, 2019-ci ilin may ayından 5 DOST mərkəzi açılıb və həmin mərkəzlərdə 913 736 vətəndaşa xidmətlər göstərilib.