2019-cu ildən “DOST” xidmətlərindən 1 milyona yaxın vətəndaş faydalanıb. Bu barədə 30 iyun tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində məlumat verilib.
Məlumata əsasən, xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98% üzərindədir. “DOST” mərkəzləri tərəfindən 154 xidmət göstərilir. Hazırda ölkə əhalisinin 25%-i “DOST” xidmətləri ilə əhatə edilib.
Qeyd edək ki, 2019-cu ildən Azərbaycanda 5 “DOST” mərkəzi açılıb. 2022-2023-cü illərdə 5 saylı Bakı “DOST” Mərkəzi, Bərdə və Quba rayonlarında “DOST” mərkəzləri açılacaq.