Bakıda dostunu qətlə yetirməkdə təqsirləndirilən Zaur Kazımov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda mayın 31-də Report xəbər yayıb.
Hadisə bu ilin yanvarında paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Zaur Kazımov dostu Zaur Cəbrayılovu şəxsi münasibətlər zəminində bıçaqlayaraq qətlə yetirib.
Zaur Kazımova qarşı “qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə” maddəsilə ittiham irəli sürülüb.