Bakalavriat səviyyəsi üzrə namizədin Azərbaycandakı qəbul imtahanları çərçivəsində müraciət etdiyi sahəyə uyğun olaraq texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə minimum 400, digər sahələr üzrə isə minimum 550 bal toplaması tələb olunacaq. Bu, iyunun 3-də Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda”sında öz əksini tapıb.