Bu gün, iyunun 6-da Dövlət Proqramı ilə xaricdə ali təhsil almaq üçün sənəd qəbulu start götürüb. Bu barədə Təhsil Nazirliyi məlumat paylaşıb.
Sənəd qəbulu iyunun 27-dək davam edəcək.
Öncə elektron sistemdə yüklənmiş sənədlər və ərizələr yoxlanılacaq. Bu mərhələdən keçmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Müsahibə Təhsil Nazirliyi, Azərbaycan Dövlət Neft Fondunun nümayəndələri və ekspertlərin iştirakı ilə təşkil olunacaq.
Ərizələrin qəbulu Təhsil Nazirliyinin portalında aparılır.