Azərbaycanda vəzifəli şəxslər həbs edilib. Bu barədə iyunun 1-də Baş Prokurorluqdan məlumat verilib.
Dövlət Vergi Xidmətinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə cinayət işi başlanılaraq istintaq aparılır. Belə ki, xidmətin 6 saylı Ərazi Vergilər Baş İdarəsində şöbə rəisi işləyən Haşımov Mircavad böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən Kazımov Zakirlə əlbir olaraq rüşvət alıblar. Onlar vətəndaşdan 2020-2021-ci illər ərzində 2 dəfə olmaqla, cəmi 20 min manat məbləğində pul alıblar.
Mircavad Haşımov və Zakir Kazımov “ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə”, “qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alma” və “külli miqdarda rüşvət alma” maddələrilə həbs ediliblər.