Bu gün, iyulun 4-də Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanunlarına dəyişiklik edilməsi barədə qanunları təsdiqləyib.
DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri və xərcləri 299 499 497 manat artırılaraq 5 606 269 569 manata, işsizlikdən sığorta fondunun gəlirləri və xərcləri isə 1 milyon manat artırılaraq 181 375 536 manata çatdırılıb.