28 may tarixində guya Azərbaycanın atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluqçusunun ağır yaralanması barədə yayılan xəbər reallığı əks etdirmir. Bu haqda mayın 30-da Dövlət Sərhəd Xidməti tərəfindən məlumat verilib.
Məlumata əsasən, Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin qarşısında bölmələrimiz tərəfindən gün ərzində həmin istiqamətdə ümumiyyətlə atəş açılmayıb.
Bölmələrimiz tərəfindən həyata keçirilmiş foto-video müşahidələr nəticəsində məlum olub ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri içkili vəziyyətdə olublar. Çadırın içərisində 3 atəş səsi eşidilib, daha sonra isə xərəkdə 1 nəfər çadırdan çıxarılıb.