Füzuli və Biləsuvar sərhədlərində narkotik maddələr aşkarlanaraq götürülüb. Bu barədə oktyabrın 17-də DSX-dan məlumat verilib.
Füzuli rayonunun Arayatılı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 kiloqram 340 qram narkotik maddə və 1 796 ədəd psixotrop həblər aşkar olunaraq götürülüb.
Biləsuvar rayonunun Səmədabad kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5 kiloqram 414 qram narkotik vasitə və 1 850 ədəd həblər aşkar olunaraq götürülmüşdür.
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.