Dövlət Sərhəd Xidməti tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX məlumat yayıb.
Ümumilikdə 13 kiloqram 900 qram narkotik vasitə aşkarlanıb.
Ucar rayon sakini Həsənov Talehdən 3 kiloqram 300 qram marixuana aşkar olunub.
Neftçala rayon sakinləri Həsənov Yusif və Tahirov Tahirin olduğu avtomobilə baxış zamanı 10 kiloqram 600 qram marixuanaya bənzər maddələr aşkar olunaraq götürülmüşdür.