İyunun 7-də Zəngilan sərhədində İrandan Azərbaycana keçmək istəyən şəxslər aşkar edilmişdir. Bu barədə iyunun 16-da DSX xəbər yayıb.
Sərhəd pozucuları “dayan” əmrinə tabe olmayaraq atəş açıblar. Onlardan biri saxlanılıb. Onun üzərindən 5 kiloqram 880 qram marixuana aşkar olunub. Digər sərhəd pozucusu isə İrana - geri qaçıb.
İyun ayının 12-də isə Neftçala sularında iki ədəd şübhəli kisə aşkarlanmışdır. Kisələrə baxış zamanı 13 ədəd bağlamada təxmini çəkisi 22 kiloqram 855 qram narkotik vasitə və 1 543 ədəd psixotrop həblər aşkar olunub.